Ərdoğandan Ermənistan XİN rəsmisinə sərt cavab: "Düz etmirsiniz"

Ermənistan siyasətçisinin Azərbaycan nümayəndəsinə etirazına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt cavab verib.

 

APA TV-nin məlumatına görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) 25-ci quruluş ildönümündə Milli Məclisin sədri Oqtay Əsədov "Ermənistan özünün zərərli ideologiyasından əl çəkmir" deyib. Ermənistan xarici işlər nazirinin müavini Hovakimyan  "bura Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu yer olmamalıdır" deyərək uzun bir çıxış edib və çıxış bütünlükdə Qarabağ probleminə həsr olunub.

 

Rəcəb Tayyib Ərdoğan Ermənistan siyasətçisinə etirazını bildirib:

 

"QİƏT bir siyasi ittiham mərkəzi olmamalıdır fikrini paylaşıram. Amma buradakı danışıqlarda hər hansı bir siyasi ittihamı heç bir nümayəndə etməyib. Siz isə geniş və bütöv nitqinizi bir siyasi dəyərləndirməyə ayırdınız. Mənə görə doğru olmadı. Daha önəmli olan Minsk Qrupunun bunu icra etməsi lazımdır. Rusiya Federasiyasının baş naziri burdadır. ABŞ və Fransa aramızda yoxdur. Onlar təki bu problemi həll etmiş olardılar. 20 ildən çoxdur davam edən müzakirələrin uzanmamağı lazımdır. Bu işin bitməsində böyük faydalar var".

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR