Şirvan sakininin həyətindən 55 çətənə kolu çıxdı
Şirvan sakini həyətyanı sahədə narkotik vasitə becərdiyi üçün saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı şəhər sakini, 31 yaşlı Xəyal Eldar oğlu Vəliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 55 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Xəyal Vəliyev yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən su hovuzunun içində gizli yolla narkotik tərkibli çətənə kollarını kultivasiya yolu ilə qulluq etməklə qanunsuz yetişdirib.
Xəyal Vəliyev saxlanılaraq barəsində cinayət məcəlləsinin 237.2.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:40
674
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
712
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1463
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1121
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1078
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
608