Daşkəsəndə sərnişin avtobusu aşıb: 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Daşkəsən rayonunda sərnişin avtobusu ilə “VAZ” 2106 markalı minik avtomobili toqquşub.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. “Qazel” markalı yük avtomobili ilə “VAZ” 2106 markalı minik avtomobilinin toqquşması nəticəsində “Qazel” yoldan çıxaraq dərəyə aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları cəlb olunub. 68 yaşlı Bəxtiyar Uğurluyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə, xəsarət alan Qiyas Bayramov və Rəşid Məmmədov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:40
673
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
711
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1463
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1121
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1078
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
608