Saxlanan şəxs: "Ədavətim vardı, tapançanı çıxarıb vurdum"
Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib. Hadisə barədə məlumat daxil olan kimi Sabunçu Rayon Polis İdarəsi (RPİ) və 14-cü Polis Bölməsinin (PB) əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Xəstəxanaya gələn polis əməkdaşları hadisənin Ədalət Babayev tərəfindən törədildiyini müəyyən ediblər.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ədalət Babayev saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Ədalət Babayev cinayəti ədavət zəminində törətdiyini deyib: "Ədavətim vardı onunla. Tez-tez mübahisə edərdik. Gəldi bizə, dedi ki vuraram səni. Evdə bir silahım vardı. Çıxardıb vurdum".
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Əvvəllər məhkum olunmuş Ədalət Babayevin ruhu xəstə olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi