Azərbaycanlı İŞİD terrorçusu Türkiyəni dəhşətli terrordan xilas etdi
Azərbaycan əsilli terrorçu Türkiyəni partlayışdan xilas edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gün Ankara şəhərində keçirilən əməliyyat zamanı iki İŞİD terrorçusu öldürülüb. Ankara valisi Ercan Topacanın sözlərinə görə, onların hədəfi AKP 3-cü fövqəladə konqresi olub. Terrorçuların aşkarlanmasına Azərbaycan əsilli Əbuhüseyn Cəlilov kömək edib. Türkiyə polisi Əbuhüseyn Cəlilovun və iki şəxsin izinə düşüb: "Əbu Hüseyn Cəlilov tutuldu. Peşmanlıq qanunundan istifadə etmək istədiyini bildirdi. İŞİD ilə əlaqəsi olduğunu etiraf etdi. Bu adamların da İŞİD üzvü olduğunu bildirdi. Bundan sonra biz sürətli əməliyyat hazırlıqlarına başladıq".
Keçirilən əməliyyat zamanı terrorçular öldürülüb, iki avtomat, əl bombası və başqa silah-sursat ələ keçirilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi