Türkiyədə hərbi çevriliş etmək istəyən generalların məhkəməsi başlayır
Türkiyədə 15 iyulda həbs olunmuş FETÖ-çü generalların məhkəməsi başlayır.
APA TV-nin məlumatına görə, aralarında Akın Öztürk, Mehmet Partigöç Mehmet Dişli və Ali Koyunçunun da olduğu 38 nəfərlik "Yurdda Sülh Konseyi" üzvləri ilə yanaşı ümumilikdə 221 nəfər mühakimə olunacaq. İttiham olunanların əksəriyyəti FETÖ-nün "çevriliş heyətinin" rəhbərləri hesab olunur. Məhkəmə prosesi ilə əlaqədar ciddi təhlükəsizlik tədbirləri görülüb. Məhkəmə binasının üzərinə snayperlər yerləşdirilib.
Çevrilişə cəhd gecəsi ölən general Semih Tərzi istisna olmaqla, 38 şəxsə ümumilikdə 2988 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası istənilir. Onlara qarşı Konstitusiyanı dəyişməyə cəhd, parlamenti və hökuməti ləğv etmək, silahlı terror təşkilatına üzv olmaq, prezidentə sui-qəsd kimi ittihamlar irəli sürülüb.
Zərərçəkmiş qismində tanınmış şəxslər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin baş qərargah rəisi Hulusi Akar da var.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi