"Facebook"da yeni qadağalar qüvvəyə minir - TƏLİMAT
"Facebook" sosial şəbəkəsində paylaşılan məlumatlarla bağlı yeni qadağalar qüvvəyə minib. Səhifələrdə moderatorluqla bağlı daxili qaydalar ilk dəfə "Guardian" qəzetində dərc olunub.
APA TV-nin məlumatına görə, "Facebook" rəhbərliyi moderatorlara səhifələrdə hansı məlumatların yerləşdirilə biləcəyinə dair 100-dən artıq yeni təlimat göndərib. Sosial şəbəkənin işçilərinə hər xəbərlər bağlı qərarın qəbuluna 10 saniyə vaxt verilir.
Məhdudiyyət qoyulan paylaşımlar arasında nifrət aşılayan, terrorçuluğu, pornoqrafiyanı, irqçiliyi, hannibalizmi təbliğ edən, razılaşdırılmış oyunlar haqqında məlumatlar daşıyan xəbərlər var.
Yeni qaydalara əsasən, moderator heyvanlara qarşı zorakılığı nümayiş etdirən videoroliki səhifədə saxlaya bilər, amma istifadəçilər həmin xəbərə "narazılıq" ifadəsi ilə reaksiya verərsə, görüntü səhifədən silinməlidir.
ABŞ prezidentini öldürməyə çağırış dolu statuslar dərhal silinməlidir, çünki "ABŞ prezidenti qanunla qorunan şəxsdir". Hansısa sosial qrupa qarşı zorakılıq dolu çağırışlar isə silinməyəcək, çünki "bu qruplar qanunla müdafiə olunmur".
Əgər müəllif təhdidlə dolu çağırış edərkən konkret vaxt və tarix göstərərsə, moderator xəbəri dərhal silməlidir, əgər çağırışda tarix əvəzinə "qiyamət günü" kimi bədii ifadələr işlənərsə, status silinməyəcək.
Təlimatda göstərilir ki, "Facebook sosial şəbəkəsinin Diblindəki ofisini partlatmaq lazımdır" ifadəsi zorakılığa çağırış sayılır, lakin " Facebook sosial şəbəkəsinin Diblindəki ofisini məhv etmək lazımdır" ifadəsi təhdid dolu çağırış sayılmayacaq.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi