OPEK sammiti ərəfəsində neft bahalaşır, "Brent" nefti 54 dollardan satılır
OPEK-in təşəbbüsü ilə neft hasilatının daha 9 ay müddətinə azaldılması təşəbbüsünün bu həftə rəsmiləşməsi gözlənilir. Rusiya və Səudiyyə Ərəbistanı bu təşəbbüsü rəsmən təsdiqləsələr də, OPEK-dəki mənbələr ssenarinin tam dəqiqləşmədiyini, yeni sürprizlərin ola biləcəyini deyirlər.
Bu açıqlamalar neftin bazar qiymətinə pozitiv təsir göstərib. Həftənin ilk seanslarında "Brent" markalı neftin bir bareli 54,04 dollardan satılıb, Qərbi Texas nefti isə 51,22 dollardan təklif olunur. Qiymətlərin artım trendinə girməsi "Brent" neftinin günün sonuna kimi 55 dollar həddini keçəcəyi ehtimalını artırır.
Bu həftə neftin qiyməti OPEK-in Vyana görüşündən gözləntilər altında formalaşacaq. Görüş mayın 25-də keçiriləcək, nəticələr birja həftəsinin başa çatmasına bir neçə saat qalmış açıqlanacaq. Bu səbəbdən ABŞ-ın neft ehtiyatlarının həcminə dair rəsmi və qeyri-rəsmi hesabatların bu həftə neftin qiymətinə davamlı təsir etmə imkanı zəif sayılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi