Azərbaycan İslamiadanın qalibi oldu
Azərbaycan idmançıları Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl medal qazanaraq 1-ci yeri tutublar. Azərbaycan yığmasının hesabında ümumilikdə 154 medal var. Komanda hesabında ən çox medalı Türkiyə idmançıları qazanıb. IV İslam Həmrəyliyi Oyunlarına ən böyük heyətlə qatılan Türkiyə təmsilçiləri 185 medal qazanıblar. Türklər yalnız qızıl medalların sayına görə (68 qızıl medal) Azərbaycandan geri qalaraq ikinci yeri tutublar. İlk 7-likdə Azərbaycan və Türkiyədən sonra İran (90 medal), Özbəkistan (62 medal), Bəhreyn (21 medal), Əlcəzair (40 medal) və Mərakeş (27 medal) təmsil olunub. Sıralama ölkələrin qazandığı qızıl medalların sayına görə müəyyənləşib. İştirakçılardan 28 ölkə yarışlarda qızıl medal qazana bilməyib, 15 ölkənin idmançıları isə vətənlərinə medalsız dönüblər.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi