İslamiadada futbolçularımız da öz sözünü dedi

IV İslam Həmrəyliyi Oyunlarında növbəti final sevincini futbolçularımız yaşatdı. Millimiz həlledici oyunla Oman üzərində qələbə qazanaraq, qızıl medallara sahib olub.

 

APA TV-nin məlumatına görə, qrupda keçirdiyi oyunlarda iki heç-heçə və bir qələbə ilə ikinci yerin sahibi kimi yarımfinala adlayan yığmamız yarımfinalda iki cavabsız qolla Əlcəzairə gücünü göstərib.

 

Finalda millimiz Oman yığması ilə qarşılaşmaya fəal başlayıb və elə ilk yarım saatın tamamında artıq 2:0 hesabı ilə öndə çıxıb. Yalnız ikinci hissədə nisbətən fəallaşan rəqib qollardan birinin əvəzini çıxa bilib. Ancaq Oman millisinin bundan artığına gücü çatmayıb.

 

Sona qədər qələbə hesabını qorumağı bacaran millimiz yekunda IV İslam Həmrəyliyi Oyunlarını çempion kimi tamamlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR