Ölkəni bürüyən qasırğalar Ağdamı da yaxaladı
Ağdam rayonunda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır, dəyən ziyan hesablanır.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, dolu ilə müşahidə olunan güclü külək rayonun Çəmənli kəndində evlərin dam örtüyünü aşırıb, ağacları kökündən çıxarıb, meyvə-tərəvəz məhsullarına ziyan vurub.
Ağdam Elektrik Şəbəkəsinin rəisi Emin Əliyev APA-ya açıqlamasında bildirib ki, 2 ədəd 35 kilovoltluq elektrik xəttində dayağın aşması və elektrik naqillərinin qırılması nəticəsində bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin əməkdaşları da cəlb olunub, yerli sakinlərə dəyən ziyan hesablanır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi