AKP öz sədrini seçdi: 998 gündən sonra qayıdış
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında partiyanın sədri seçilib.
APA TV-nin Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu il aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.
Mayın 2-də R. T. Ərdoğan 33 ay sonra yenidən AKP-nin üzvü olub. Bu gün isə o, 1414 səslə 998 gün sonra yenidən AKP sədri seçilib.
Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib.
Xatırladaq ki, AKP 14 avqust 2001-ci ildə yaradılıb. Partiya 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəlib. Həmin vaxt məhkəmənin barəsində siyasətlə məşğul olmasının qadağan edilməsinə dair qərarı olduğu üçün R.T.Ərdoğan seçkilərdə iştirak edə bilməyib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi