Hacıqabulda dəhşətli qəza: 5 NƏFƏR ÖLDÜ, 3-Ü MƏKTƏBLİDİR

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.  

 

"Hyundai" markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Avtomobildəki 5 nəfərin hamısı hadisə yerində keçinib. Onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və sürücü Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.


Ehtimal olunur ki, sürücü Əmiraslan Əmiraslanlı taksi fəaliyyəti ilə məşğul olub.

 

Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir. Əhmədov Elçin Cahangir oğlunun tələbə, digər şəxslərin isə İmişli şəhəri 5 saylı orta məktəbin şagirdləri olduğu bildirilir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR