Hərbçi İŞİD terrorçularının qarşısını buldozerlə kəsdi - REAL VİDEO

Mosul ətrafında döyüşlər şiddətlənib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, İraq ordusu İŞİD-ə ağır zərbələr vurub.

Bununla belə, terrorçuların ciddi müqaviməti şəhərin bəzi səmtlərinə irəliləmək istəyən hərbçilərə əngəl törədir.

Terrorçular əsgərlərə partlayıcı quraşdırılmış avtomobillərlə hücum edir. İraq ordusu komandanlığının yaydığı bir videoda hərbçinin buldozerin sükanı arxasına keçib onlara maneçilik törətdiyi əks olunur.

Hədəfə çata bilmədiyini görə avtomobildəki kamikadze partlayıcını işə salır.

Partlayış nəticəsində hərbçi sağ qalıb.

Bu arada intensiv döyüşlər səbəbindən Mosulu daha 200 min sakinin tərk etdiyi məlum olub.

Şəhərə ötən ilin oktyabrından başlanan hücumlardan sonra isə 700 min nəfər evini tərk edib.

İraq ordusu Ramazan ayının başlamasına qədər şəhəri İŞİD-dən təmizləməyi qarşıya məqsəd qoyub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR