Tramp Səudiyyə Ərəbistanında: KRAL TƏYYARƏNİN QARŞISINA GƏLDİ

ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri başlayıb.

 

APA TV-nin "Al-Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, Donald Trampı və xanımını təyyarənin qarşısında şəxsən kral Salman bin Abdel Aziz qarşılayıb.


Bu gün Ağ Ev sahibinin Ər-Riyadda Səudiyyə Ərəbistanı kralı ilə görüşü olacaq.

 

Daha sonra "Birlikdə biz məqsədlərimizə çatacağıq" şüarı altında ABŞ-Səudiyyə Ərəbistanı sammiti keçiriləcək, iqtisadiyyat, hərbi-texniki və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra ikitərəfli razılaşmaların imzalanması gözlənilir.

 

D.Trampın Ər-Riyadda həmçinin Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə yüksək səviyyəli görüşü olacaq. Görüşə daha sonra 40-a yaxın ərəb və müsəlman ölkəsinin liderləri qatılacaq. Azərbaycan da həmin görüşə dəvət olunan ölkələr sırasındadır.

 

D.Tramp Səudiyyə Ərəbistanından İsrail və Vatikana səfər edəcək, daha sonra Brüsseldə NATO sammitinə qatılacaq.

 

Qeyd edək ki, bu, D.Trampın ABŞ prezidenti postunda ilk səfəridir.




 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR