Astarada keçmiş məhkumdan külli miqdarda narkotik tapıldı
Astarada 5 dəfə məhkumluq həyatı yaşamış şəxsin üzərindən narkotik tapılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Şahağacı kənd sakini, 53 yaşlı İqrar Mirzəyevi saxlayıb.
Əməliyyat məlumatları nəticəsində İqrar Mirzəyevin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitə əldə edərək satışını həyata keçirdiyi dəqiqləşdirilib: "Mirzəyev İqrar Nəriman oğlunun evinə keçirilmiş baxış zamanı 1 kq həşiş qətranı, 5 qram amvetaminlər qrupuna aid edilən metanfetamin və 200 qram müxtəlif növ narkotik vasitə aşkar edilərək götürülüb".
Vətəndaşın evinə baxış keçirilərək ona məxsus yaşayış yerindən 1 kq çəkidə həşiş qətranı, 200 qram çəkidə müxtəlif tərkibli narkotik və güclü təsiredici psixotrop maddələr aşkarlanıb. Həmçinin narkotik vasitələrin qəbulu zamanı istifadə olunan ləvazimatlar və satış üçün lazım olan həssas tərəzi maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi