Neft OPEK-Rusiya anlaşması fonunda sürətlə bahalaşır
Xam neftin qiymətində ötən gündən başlayan bahalaşma davam etməkdədir.
APA TV-nin məlumatına görə, 24 saat ərzində qiymətlər 1 dollara qədər bahalaşıb. Hazırda Brent nefti 53,77 dollardan təklif olunur. Bu markadan olan neft ötən gün 52,91 dollardan satılırdı.
WTİ markalı neft də həftənin son satışlarında ciddi şəkildə bahalaşıb. Qərbi Texas nefti 50,48 dollardan satılır.
ABŞ-ın neft ehtiyatları ardıcıl 6 həftədir ki, azalmaqda davam edir. Eyni zamanda ölkədə neft quyularının sayı da azalıb. Hər iki faktor neftin qiymətlərinə müsbət təsir edir. Bu arada ABŞ dolları güclənir, bu isə neftin qiymətinə mənfi təsir etməlidir. Çünki bahalaşan dollar, ucuzlaşan neft deməkdir. Maraqlıdır ki, hazırda bunun əksi baş verir.
Neftin dəyər qazanmasında digər vacib element OPEK və 11 qeyri-kartel ölkəsinin noyabr anlaşmasının gələn ilin martına kimi uzadılmasına razılıq verməsidir. Başda Səudiyyə Ərəbistanı və Rusiya olmaqla neft hasilatçıları qiymətlərin hazırkı vəziyyətindən razı deyil. Bu səbəbdən verilən qərarla qiymətlərin ən azı 60-70 dollara çatdırılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi