Masallıda beş ailənin yaşadığı bina yandı

Masallıda beş ailənin yaşadığı bina yanıb. APA TV-nın cənub bürosunun məlumatına, hadisə Qurtuluş  küçəsində yerləşən binada baş verib. Anidən baş verən yanğın qısa müddət ərzində bütün binanı əhatə edib.

 

Dərhal hadisə yerinə Masallı və Lənkəran yanğından mühafizə hissələrinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb. Hadisəyə səbəb kimi elektrik naqillərində yaranan qısaqapanma göstərilir.

 

Ümumi sahəsi 770 m2 olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları və əşyaları 325 m2 sahədə, dam örtüyü 90 m2 sahədə yanıb.

Yanğının səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR