Gəncədə 24 yaşlı gənci maşın vurdu, sürücü qaçdı

Gəncədə piyadanı avtomobil vurub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

 

Şahsevənlər küçəsində yaşayan, 1993-cü il təvəllüdlü Xəlilov İlkin Elçin oğlu yolu keçərkən avtomobillə vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Xəsarət alan gənc təcili tibbi yardım xəstəxanasına aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR