İslamiada, 19 may: Azərbaycan liderliyi ələ aldı

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 8-ci günündə 8 medal qazanıb. APA TV-nin məlumatına görə, yığmamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

 

Bununla da ümumi medal 124-ə çatıb. Bu mükafatların 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdür. Millimiz əvvəlki günlərlə müqayisədə az medal qazansa da, ümumi sıralamada liderliyi ələ alıb. Belə ki, yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. 3-cü pillədə isə İran qərarlaşıb.

 

Ümumilikdə İslamiadada indiyədək 218 medal dəsti sahibini tapıb. İştirakçı ölkələrdən 25-i çempionluq, 36-sı mükafat sevinci yaşayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR