Ağsu çayı daşıb, 4 kəndlə əlaqə kəsilib
Üç gündür Şamaxı rayonuna aramsız yağan leysan yağışları səbəbindən əmələ gələn sel suları kənd yollarını dağıdıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, güclü leysan yağışı Şamaxı rayonu ərazisindən keçən Ağsu çayında güclü selə səbəb olub. Nəticədə Şamaxının Qaleybuğurd, Keşmədin, Sis və Qaladərəsi kəndlərinin yollarını sel suları dağıdaraq bərbad hala salıb.
Çayın üstündə körpü olmadığı üçün kənd sakinləri həmişə avtomobillə çayın içindən keçərək rayon mərkəzinə gediblər. Üç gündür ki, çaya güclü sel gəldiyi üçün sakinlər çayı keçə bilmirlər. Bu gün günorta saatlarında çayda suyun səviyyəsi aşağı düşdüyü üçün bəzi avtomobillər çətinliklə də olsa, çayı keçə bilib.
Sel suları kəndlərdə əkin sahələrinə, taxıl və bostan məhsullarına da ciddi ziyan vurub. Çayın hər iki sahilində əkilən bostan və tərəvəz bitkilərini sel aparıb. Hətta bəzi ərazilərdə çaykənarı torpaq uçqunu da baş verib. Elektrik dirəkləri aşdığı üçün kəndlərə verilən elektrik enerjisi də kəsilib. Şamaxı-Qaleybuğurd yolunun 4-6-cı kilometrliyində, Bədo və Güllüdərə adlanan ərazidə dağdan qopan torpaq və qaya parçaları yola tökülüb ki, bu da avtomobillərin hərəkətinə mane olur.
Bu gün səhər saatlarından aidiyyəti qurumların ağır texnikaları və işçi qüvvəsi əraziyə cəlb olunub, yolların bərpası üçün tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi