Sürücünün nişanlısı və qayınanasını soydular - QUSARDA
Qusar şəhər sakininə məxsus avtomobildən oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nın şimal bürosunun məlumatına görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Ramazanov Abdulhüseyn İkram oğluna məxsus "Chevrolet" markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Hüseynov Tural Hüseyn oğlunu və Quliyev Elməddin Rövşən oğlunu saxlayıb.
Hər iki şəxsin əlbir olaraq A.Ramazanova məxsus maşının arxa şüşəsini sındırmaqla, onun nişanlısı Yunusova Könül Namiq qızına məxsus bel çantasını, bir cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını, 200 manat pulu və sonuncunun anasına məxsus əl çantasını və içərisində olan mobil telefonu, 300 manat pulu və 2 bankomat kartını oğurlayıblar. Onlar hər iki şəxsə ümumilikdə 845 manat ziyan vurub.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi