Rusiyada erməni maqnatın telekanalı müflis oldu - MİLYONLARLA BORC
Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun "News Media" holdinqinə məxsus "Jizn" qəzetinin və "Life" telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, "Life" telekanalının vergi borcundan başqa, Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.
"News Media"nın baş direktoru Aram Qabrelyanov Federal Vergi Xidmətinin iddiasını texniki adlandıb. Bildirib ki, sahibi olduğu holdinq vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş "Unifin" bankına köçürüb. Bundan başqa, telekanalın verilişləri Krım Federal Dairəsinin ərazisində yayımlandığı üçün holdinqin Rusiya televiziya və radio yayımı şəbəkəsinə 16,2 milyon rubl, Moskva və Moskvaətrafı ərazilərdə yayıma görə isə 3,5 milyon rubl borcu var.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi