Ölümdən dönən uşağın əmisi: "Biz tərəflərdə zəhərli ilanlar çox olur"
Lənkəranda 9 yaşlı uşağı ilan sancıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Zövlə kəndində qeydə alınıb.
İlan Roman Sadıqovu həyətdə oynayarkən sancıb. Romana ilk yardımı anası göstərib. Uşaq valideynləri tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Uşağın ayağının ön tərəfindən, 3 yerdən ilan sancması müəyyən olunub. Ona zəhər əleyhinə zərdab vurulub. Azyaşlının əmisi həkimlərin vaxtında müdaxilə etdiyini deyir: "Dünən axşam tərəfləri uşağı ilansancma diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirdik, həkimlərin ilkin rəyinə görə, ilan sancmadır. Biz tərəfdə bu aylarda zəhərli ilanlar çox olur, suya görə gəlirlər".
Hazırda Romanın vəziyyəti yaxşı olduğundan, axşam saatlarında evə buraxılacaq.
.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi