Keçmiş nazirin həbs müddəti artırıldı - BABAYAN "İQLA" ÜSTÜNDƏ
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq müdafiə naziri Samvel Babayanın həbs müddəti uzadılıb.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu onun vəkili Avetis Kalayan deyib.
Vəkilin sözlərinə görə, S.Babayan məhkəmə iclasına qatılmaq istəməyib.
Qeyd edək ki, bir müddət əvvəl S.Babayanın vəkili qondarma rejimin sabiq müdafiə nazirinin Armen Poqosyan adlı şəxsin irəli sürdüyü fərziyyələr əsasında həbs olunduğunu bildirib. A.Poqosyanın ehtimallarına əsasən, S.Babayanın "İqla" adlı cinayət işi ilə əlaqəsi var.
Xatırladaq ki, martın 24-də məhkəmə S.Babayanın iki ay müddətinə həbs edilməsinə dair qərar çıxarıb. O, "İqla" zenit-raket kompleksinin qaçaqmalçılıq yolu ilə Ermənistana gətirilməsi ilə bağlı qaldırılan cinayət işi ilə əlaqədar saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi