“Natiq ritm qrupu” konsert verdi - “RİTM VARSA, HƏYAT VAR”
“Natiq ritm qrupu”nun konserti keçirilib.
APA TV-nin məlumatına görə, əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi qrupun “Ritm varsa, həyat var” adlı solo konserti Beynəlxalq Muğam Mərkəzində baş tutub.
Konsert zamanı qrupun ifasında “Qatar” kompozisiyası, Şahmar Ələkbərzadənin “Nağara” şeiri, “Mehriban” kompozisiyası, “Qaval” rəqsi, “Bir qəlbdə iki ruh”, “Söz və ritm”, “Nağarada arabeska”, “Qaytağı” musiqi nömrələri ifa olunub.
Qeyd edək ki, qrupun tərkibində Ümid Şirinov, Hikmət Rzayev, Elbəy İsgəndərov, Seymur Cəbrayılov, Fərid Nəzirov, Məqsəd Əzizov, Namiq Şirinov, Bayram Üzeyirov, Anar Abbasov, Samir Əliyev çıxış ediblər.
İfaçı həm də Azərbaycanın ilk ritm bəstəkarıdır. O, öz musiqi qrupu ilə birlikdə beynəlxalq mükafatlara layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi