Yağan yağışlar Hacıqabulda ciddi fəsadlar yaradıb
Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün yağan aramsız yağış nəticəsində Hacıqabul rayonunun Udulu qəsəbəsinə aid Qubalı və Tava kəndləri sel sularına məruz qalıb.
Təbii fəlakətdən əsasən Qubalı kəndi ziyan görüb. Kənddə 15-dən çox fərdi yaşayış evinə və təsərrüfatlara ciddi ziyan dəyib. Yağan yağışlar Pirsaat çayının məcrasından çıxmasına səbəb olub və nəticədə nar bağları, şəxsi təsərrüfatlarda əkin sahələri su altında qalıb.
Yaşayış evlərinin həyətlərini su basıb. Bir çox təsərrüfatlarda ev quşları tələf olub. Kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyündən müvəqqəti əlaqə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən qəzalı körpü bərpa edilib.
Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın miqyasının müəyyən edilməsi üçün Hacıqabul rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb. Hazırda təbii fəlakətin fəsadları aradan qaldırılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi