Merkel: "Türkiyə olmasın, İordaniya olsun"
Almaniya Türkiyədəki İncirlik hərbi hava bazasından imtina edə bilər və hazırda yeni münasib məkanın axtarıldığı bildirilir.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, Almaniyanın İncirlik bazasına alternativ axtarması mövzusuna "çəkilmək istəsələr özləri bilər" şərhini verməsi iki ölkə arasındakı anlaşılmazlığı daha da artırıb.
"Gəlmək istədilər, İŞİD-ə qarşı koalisiyada onlara yer verdik. Amma hər şey onların istədiyi kimi ola bilməz. Bunu bilməlidirlər. Onlar gəlmək istədi, biz də kömək etdik. Ayrılmaq istəyirlərsə də "gülə-gülə" deyərik", - Çavuşoğlu belə deyib.
Məlumata görə, anlaşılmazlıq alman millət vəkillərinin İncirlik bazasında xidmət edən Almaniya əsgərlərini ziyarət etməsinə Türkiyə tərəfinin icazə verməməsindən qaynaqlanıb. Buna cavab olaraq Almaniyanın baş naziri Angela Merkel "Almaniya ordusu bir parlament ordusudur, buna görə də millət vəkillərimizin öz əsgərlərini ziyarət etməsi vacibdir" fikirlərini səsləndirib.
İncirlik hərbi hava bazasına başqa bir alternativ axtardıqlarını deyən Merkel mümkün variant kimi İordaniyanın adını açıqlayıb.
Bu arada, NATO-nun baş katibi Jens Stoltenberq, Türkiyə və Almaniya arasında İncirlik bazası ilə bağlı münaqişənin iki ölkə arasındakı bir problem olduğunu və NATO-nun fəaliyyətlərinə təsir etməyəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi