Lənkəranda ərzaq mağazasına basqın oldu
Lənkəranda ərzaq mağazasına basqın olub.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Məhəmmədhüseyn Axund küçəsində, 5 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.
Qəzənfər Məhərrəmova məxsus gündəlik tələbat malları satılan marketə daxil olan şəxs satıcıdan siqaret istəyib. Məhəllə sakini olan, əvvəllər məhkumluq həyatı yaşayan Nicat adlı şəxs kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla kassiri təhdid edib və kassada olan 550 manat məbləğində pulu götürərək oradan uzaqlaşıb.
Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində marketə basqın edən şəxs saxlanılıb. Hadisə anı təhlükəsizlik kamerasına da düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi