Emin Ağalarov filmə çəkilir
Sankt-Peterburqda “Gecə növbəsi” filminin çəkilişlərinə start verilib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ekran işi prodüser və rejissor Maryus Vaysberqin tanınmış “Böyük şəhərdə sevgi”, “8 ilk görüş”, “Hitler kaput!” trilogiyasının davamı olaraq çəkilir.
Vesti.az kinometro.ru-ya istinadən xəbər verir ki, əsas qəhrəman Vladimir Yaqlıç zavoddakı işini itirir, ailəsini saxlamaq üçün sinif yoldaşının striptizçi kimi çalışmaq təklifini qəbul edir. Həyat yoldaşından bu xəbəri gizlədən Vladimir nəticədə gülməli vəziyyətlərə düşür.
Yaqlıçla bərabər filmdə Pavel Derevyanko, Kseniya Teplova və başqaları yer alacaq. Rollardan birində müğənni Emin Ağalarov da çəkiləcək. Bu, Ağalarovun tammetrajlı filmdə debütüdür.
Komediya janrında olan filmin çəkilişləri Sankt-Peterburqda aparılacaq. Ekran işinin 2018-ci ildə təqdim edilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi