Gözəllik salonunun sahibi qarət olundu
Yasamal rayonu ərazisindəki gözəllik salonlarının birindən oğurluq olub. APA TV-nin xəbərinə görə, salonun sahibi çantasının yoxa çıxdığı barədə bir neçə dəqiqədən sonra xəbər tutub.
Salonun əməkdaşları axtarışa başlasalar da, heç bir nəticə əldə olunmayıb. Salonun sahibi Yasamal Rayon Polis İdarəsinə müraciət etmək məcburiyyətində qalıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva saxlanılıb. O, mayın 17-də salona gələrək, içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantanı səhvən götürdüyünü desə də, sonradan oğurluq etdiyini etiraf edib.
S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub. Qadının əvvəllər narkotik maddələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşadığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi