Bakıda saxta pul alverçiləri yaxalandı
Xətai Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, onların üzərinə baxış keçirilən zamanı ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əsginaslar, eləcə də 0,439 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində saxta əsginasları onlara Vüsal adlı şəxsin satmaq məqsədilə verdiyini bildiriblər.
Xətai RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayaraq Ə.Nağıyev və S.Məmmədova verən Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Vüsal Cümşudovun yaşadığı mənzildən saxta pul əsginaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, saxlanılan şəxslərin etiraf etdikləri kimi, satışı nəzərdə tutulan külli miqdarda saxta əsginaslar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi