Konqresdə Trampın impiçmenti istənildi - İLK DƏFƏ
"Prezident Tramp qanundan üstün deyil. O, impiçment prosedurunun başlanmasını labüd edəcək addım atıb və buna görə də məsuliyyətə cəlb olunmalıdır".
APA TV-nin Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu fikirləri demokrat-konqresmen El Qrin özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, əgər indi bu prosesə başlanmazsa bəzi amerikalıların sosial dəyərlərə inamı itmiş olacaq. Konqresmenin qənaətincə D. Tramp Rusiyanın ABŞ-dakı seçkilərə təsir imkanlarına yol açan əməllərinə görə Nümayəndələr Palatası tərəfindən məsuliyyətə cəlb olunmalıdır. Bir qədər sonra isə El Qrin Konqresdəki çıxışında həmkarlarını D. Trampın impiçment məsələsini sürətləndirilməyə çağırıb.
Xatırladaq ki, bir qədər əvvəl respublikaçı konqressmen Kelvin MakKarty Rusiyanın Donald Trampı satın aldığını desə də, sonradan bu fikirlərinin bir zarafat olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi