Tramp faktoru, sürpriz açıqlama, OPEK inadı: Neft bazarında qeyri-stabillik müşahidə olunur
Dünən 52,48 dollara qədər bahalaşan Brent nefti yenidən ucuzlaşıb.
APA TV-nin məlumatına görə, hazırda bu markadan olan neft 52,09 dollardan təklif olunur. Bu ötən gün səhər saatlarında birjalarda qeydə alınan qiymətlərdən 20 sentə qədər yüksəkdir.
WTİ neftinin qiymətlərində də eyni tendensiya qeydə alınıb. Dünən 49,34 dollardan satılan Qərbi Texas nefti hazırda 49 dollardan ucuz təklif olunur.
ABŞ-da neft istehsalının azalsa da, bu dəfə bu ölkədə cərəyan edən başqa hadisə qiymətləri ucuzlaşdırır. Ölkə prezidenti Donald Trampın ətrafında baş verən siyasi hadisələr qiymətlərə mənfi təsir edir. ABŞ-dakı siyasi böhran hasilatın və istehsalın azalması ilə bağlı yarana biləcək bahalaşmaya mane olur.
Qeyd edək ki, ötən həftə dünyada böyük neft hasilatçıları - OPEK və Rusiya hasilatın gələn ilin martına kimi dondurulacağı barədə razılaşma əldə edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi