Temperatur 30 dərəcəyə yüksələcək

Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 12-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, Bakıda gecə  13-15 dərəcə isti, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR