Ağ Evdə "İkinci Monika" qalmaqalı yaşana bilər: Tramp modeli yanına gətirir

Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə keçmiş modeli təyin edəcək.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırkı sözçü Şon Spayserin yerinə "Victoria Secret"in keçmiş modeli Kimberli Gilfoylun gətiriləcəyi iddia olunur.

 

Bir müddət əvvəl FTB direktoru Ceyms Komini vəzifəsindən azad edən Trampın Şon Spayseri də sözçülükdən uzaqlaşdırılacağı gözlənilir. Onun yerinə gətiriləcəyi deyilən Kimberli Gilfoyl hazırda Fox News-un aparıcısıdır.

 

Gilfoyl məsələ ilə bağlı açıqlama verib: "Bir vətənsevər olaraq ölkəmizə xidmət etməklə fəxr edərəm. Bunun mənim üçün ovsunlayıcı bir iş olacağını düşünürəm. Bu, çətin bir işdir, əzm, diqqət tələb edir".

 

Keçmiş model ölkə prezidenti ilə yaxşı münasibətlərinin olduğunu, bunun sözçü olaraq işinə yarayacağını bildirib.

Bu arada Melania Trampın ərinin bu addımını necə qarşılayacağı maraqlıdır. Mətbuat birinci ledinin Kimberli Gilfoylu gözəl olduğuna görə Donalda qısqanacağı iddia edilir.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR