Venesuela iğtişaşlarında ölənlərin sayı 44-ə çatdı
Venesuelada davam edən iğtişaşlar nəticəsində daha iki nəfərin öldüyü məlum olub. Taçira ştatının San-Kristobal şəhərində 15 yaşlı yeniyetmə, Tukape şəhərində isə 30 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində həyatlarını itiriblər.
Beləliklə ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Venesuelanın “Nacional” xəbər portalı xatırladır ki, 2014-cü ildə baş verən kütləvi etiraz aksiyalarında 43 nəfər ölmüşdü.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin səlahiyyətlərini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi