Qobustana sel gəldi, evlər su altında qaldı
Qobustan rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları bir sıra fəsadlar törədib. APA TV-nin yerli bürosunun xəbərinə görə, dağlardan gələn sel Pirsaat çayında daşqına səbəb olub. Nəticədə Qobustanın Poladlı kəndinə xeyli ziyan dəyib. Kənd sakinlərinin sözlərinə görə, sel suları evlərin zirzəmilərini, həyətyanı və əkin sahələrini basıb, xeyli sayda ev quşları və mal-qara tələf olub. Həyətlərdə və küçələrdə lil qatı və keçilməz su gölməçələri yaranıb.
Kənd ərazisindəki bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb. Bu səbəbdən kəndə verilən elektrik enerjisi dayandırılıb. Bir neçə ev tamamilə su altında qaldığından sakinlər mənzillərini tərk etməli olublar.
Aidiyyatı qurumlar əraziyə baxış keçirib, əhaliyə dəymiş ziyan müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi