İspaniyada əli baltalı kişi şəhəri qorxuya saldı - ƏMƏLİYYAT ANI

İspaniya polisi Las Palmas şəhərinin küçələrinə əlində balta gəzən və ətrafdakıları hədələyən şəxsi zərərsizləşdirib. O, saxlanılarkən polis əməkdaşlarına da hücum edib.

 

Əli baltalı kişi içərisində adam olan avtomobilin şüşəsinə zərbə endirib. Hadisə yerinə polis çağırılıb. Asayiş keşikçiləri kişiyə baltanı yerə atmağı əmr edib. Lakin o əmrə tabe olmayıb və polis əməkdaşlarından birini vurmağa cəhd edib. Əli baltalı şəxs zərərsizləşdirilib.

 

Saxlanılan şəxs xəstəxanaya aparılıb və psixiatrik ekspertizadan keçiriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR