Qızıl medalçı Ayxan Tağızadə: "Qələbəmi anama həsr edirəm"
"Final döyüşüm çox çətin keçdi". Bu sözləri jurnalistlərə açıqlamasında taekvondo yığmamızın üzvü, qızıl medalçımız Ayxan Tağızadə deyib.
"Yarış bir az çətin keçdi. Birinci döyüşüm iki qat olimpiya üçüncüsü idi. İkinci döyüşdə qarşılaşdığım rəqibimin boyu da, ayağı da uzun idi. Final görüşüm çox çətin keçdi. Bilirsiniz ki, taekvondoda iranlılar bizim kimi güclüdülər. Bir anlıq səhv etdim, lakin şükürlər olsun, qalib gəldim".
Tağızadə İslamiadadakı qələbəsini anasına həsr etdiyini bildirib: "Mənim ən böyük fanatım anamdır, medalı ona həsr edirəm. Anam bütün yarışlarıma baxır. Hətta kiminlə qarşılaşacağımı məndən əvvəl bilir. Müəllimlərimə, şəxsi müəllimim olan atam Əvəz Tağıyevə, qardaşım Fərid Tağızadəyə də təşəkkürümü bildirirəm".
Qızıl medalçı Patimat Abakarova heç bir döyüşünün asan olmadığını deyib: "Buraya final görüşüm də aiddir. Rəqibim də güclü idi. Finalda azacıq yorulmuşdum. Çox sevincliyəm ki, qələbə qazandım. Federasiya rəhbərliyinə, hamıya öz təşəkkürümü bildirirəm".
Bu gün keçirilən taekvondo yarışlarında qızıl medal qazanan Milan Beygi Harçeqani qələbəni özünə həsr etdiyini deyib: "Əziyyətim çox olub, buna görə də qələbəmi məhz özümə həsr edirəm. Zədəm vardı, buna görə görüşlərim bir az çətin keçirdi. Növbəti hədəfim eyni uğuru dünya çempionatında təkrarlamaqdır. Şükür Allaha, qalib gəlib İslamiadada çempion oldum. Qarşıdan isə dünya çempionatı gəlir. Orada da yaxşı nəticə əldə etməyə çalışacağam. Qələbəmi birinci özümə hısr edirəm, çünki çox əziyyət çəkdim".
Qızıl medalçı Radik İsayev isə İslamiadanın çox yaxşı keçdiyini bildirib: "Yarış çox uzun çəkdi, nəticədə qalib gəldim. Bir ay sonra dünya çempionatı keçiriləcək. Mundiala da çox ciddi hazırlaşacağam. Mümkün olan bütün titulları qazanmışam. Medallarımız çoxdur. Sabah komanda yoldaşlarım yarışacaq. Onlara da uğurlar arzulayıram".
Qeyd edək ki, bu gün keçirilən taekvondo yarışlarında idmançılarımız 4 qızıl, 1 gümüş medal qazanıblar. Ümumilikdə isə IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yığmamızın hesabında 5 qızıl, 2 gümüş medal var. Taekvondo yarışlarına mayın 18-də yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi