Azərbaycana 50-ci qızıl medalı Radik İsayev qazandırdı
Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında 50-ci qızıl medalı qazanıb. APA TV-nin məlumatına görə, bu medalı Azərbaycanın komanda hesabına taekvondoçu Radik İsayev yazdırıb. 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 final mərhələsində pakistanlı Adil Şahı 34-8 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Lakin yarımfinal görüşü baş tutmayıb. Radik İsayevin rəqibi, iordaniyalı Həmzə Kattan zədəli olduğu üçün görüşə çıxmayıb və taekvondoçumuza texniki qələbə verilib.
Final görüşündə Özbəkistan təmsilçisi Dmitri Şokinlə üz-üzə gələn Radik İsayev ehtiyatlı oyun nümayiş etdirib. Gərgin keçən görüşün əsas hissəsi 8-8 hesabı ilə başa çatıb. Əlavə vaxtda rəqibinə dəqiq zərbə endirən İsayev "qızıl xal"la qalib gələrək birinci olub.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışlarına dünən start verilib. Azərbaycan taekvondoçuları bu yarışlarda 5 qızıl, 2 gümüş medal qazanıblar.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi