İsmayıllıda bədii gimnastika üzrə ölkə çempionatı keçirildi
İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı keçirilib. APA TV-nin bölgə müxbiri xəbər verir ki, açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov çıxış edərək, milli yığma komandamızın dünya və Avropa çempionatlarında əldə etdiyi uğurlardan danışıblar. Çempionatda 16 nəfər yeniyetmə və gənc gimnast öz qüvvəsini sınayıb. Çoxnövçülük üzrə yarışlarda Marina Durunda 1-ci yerə, Lalə Yusifova 2-ci yerə, Züleyxa İsmayılova isə halqa ilə rəqslə 3-cü yerə layıq görülüb. Bütün nominasiyalar üzrə fərqlənən gimnastlar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI