Milad Harçeqani qızıl, Fəridə Əzizova gümüş medala sahib oldu
IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvondoçularımız daha bir medal qazanıblar. APA TV-nin məlumatına görə, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova ¼ finalda İran təmsilçisini, yarımfinalda isə Özbəkistan təmsilçisini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Türkiyə təmsilçisi, kifayət qədər təcrübəli taekvondoçu Nur Tatar ilə görüş gərgin keçib. Rəqibinə 2-8 hesabı ilə məğlub olan Fəridə Əzizova gümüş medalın sahibi olub.
80 kiloqram çəki dərəcəsində mübarizə aparan kişi taekvondoçuların yarışında isə təmsilçimiz Milad Beygi Harçeqani ¼ finalda səudiyyəli rəqibini 21-2, yarımfinalda isə iranlı taekvondoçunu 24-4 kimi fərqli hesabla məğlubiyyətə uğradıb. Finalda Türkiyə təmsilçisi Yunus Sarı ilə qarşılaşan Milad Harçeqani 9-5 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi