Patimat Abakarova və Ayxan Tağızadə qızıl medal qazandı

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir. APA TV-nin məlumatına görə, Azərbaycan taekvondoçuları yarışların ikinci gününə uğurla başlayıblar. Qadın taekvondoçular arasında 49 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Patimat Abakarova da yarışları uğurla başa vurub. Fələstin və İrandan olan rəqiblərinə böyük üstünlüklə qalib gələn Abakarova finalda Qazaxıstan təmsilçisi Aynur Yasbergenova ilə qarşılaşıb. Taekvondoçumuz 14-4 hesabı ilə qalib gələrək qızıl medalı təmin edib.

 

68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Tağızadə də keçirdiyi görüşlərdə bütün rəqiblərindən üstün olaraq finala yüksəlib. Finalda iranlı rəqibi Seyid Hüseyn Ehsani Petrudi ilə çətin keçən görüşdən 9-7 hesabı ilə qalib ayrılan Ayxan Tağızadə qızıl medal qazanıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR