Ruslan Lunyov 5-ci qızıl medalı qazandı

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan idmançıları daha dörd medal qazanıblar.

 

APA TV-nin xəbərinə görə, medallardan üçü atıcılarımızın payına düşüb. 10 metr məsafəyə pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Ruslan Lunyov - Nigar Nəsirova tandemi qızıl medal qazanıb. Bu, Ruslan Lunyovun IV İslam Həmrəyliyi Oyunlarında qazandığı 5-ci qızıl medaldır.

 

Nigar Nəsirova isə bugünkü nəticə ilə medalların sayını 2-yə çatdırıb. “Qızıl snayperimiz” dünən 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda bürünc medal qazanmışdı.

 

Azərbaycan atıcıları qarışıq komanda halında dairəvi stend atıcılığı yarışında da fərqləniblər. 24 xal toplayan Emin Cəfərov - Nurlana Cəfərova cütlüyü finalda Bəhreyn snayperlərinə məğlub olaraq gümüş medal qazanıblar.

 

Günün dördüncü medalı isə atletimiz Rahib Məmmədovdan gəlib. İdmançımız 110 metr məsafəyə sədlərlə qaçışda gümüş mükafatın sahibi olub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR