Bakıda 55 min manatlıq qızılları oğurlayan əmi-qardaşoğlu tutuldu
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları 55 min manat dəyərində olan qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinən şəxsləri yaxalayıb.
APA TV-nin xəbərinə görə, oğurluğu edənlər isə əmi və qardaş oğludur. 3 dəfə məhkumluq həyatı yaşayan 30 yaşlı Şahin Bəkirov mayın 14-də Xəzər rayonu Şüvəlan qəsəbəsi Ordubadi küçəsindəki evə daxil olub.
Müstəntiq Nicat Əliyev deyir ki, Şahin evin həyətinə daxil olduqdan sonra evdə yaşayış olmadığına əmin olmaqdan ötrü qapını döyüb: "Səs gəlmədiyini bildikdən sonra içəri keçib. 55 min manatlıq qızıl-zinət əşyası və "Samsung Qalaxy" markalı planşet oğurlayıb".
Şahin oğurladığı əşyaları gizlətmək üçün Yevlax şəhərində yaşayan əmisi Murad Nadirova verib və bu işə görə ona 150 manat pul verib. Bir neçə gündən sonra Şahin polis əməkdaşlarının onu axtardığını deyərək, əmisinə qızılları qaytarmalı olduqlarını bildirib. Əmi isə qızılların müəyyən bir hissəsini qaytarsa da, digərlərindən xəbərsiz olduğunu söyləyib: "Soruşdum, dedi oğurluqdur, monitora düşmüşəm".
İstintaqla müəyyən olunub ki, əmi və qardaşoğlu qızılların bir qismini satıblar. Bu şəxslərin rayon ərazisində digər cinayətlərdə iştirakı istisna olunmur.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi