"Nissan" ağaca çırpıldı: sürücü və sərnişinin vəziyyəti ağırdır
Zaqatalada avtomobil ağaca çırpılıb. APA TV-nin məlumatına görə, hadisə bu gecə saat 02:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 133-cü km-də, Zaqatalanın Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Səddam Mehman oğlu Mehdiyev idarə etdiyi “Nissan Navara” markalı 99 AM 931 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Səddam Mehdiyev hadisə yerində olan adamların köməyi ilə avtomobildən çıxarılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün həmkəndlisi, 1981-ci il təvəllüdlü Mahmud İbrahim oğlu Vanatiyev isə hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hər iki yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Zaqatala MRX-dan verilən məlumata görə, Səddam Mehdiyev və Mahmud Vanatiyev xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi