Türkiyənin başına pul qoyduğu terrorçu Trampın nümayəndəsi ilə bir araya gəldi
Donald Trampın İŞİD üzrə xüsusi nümayəndəsi Türkiyənin axtardığı terrorçu ilə görüşüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Brett McGurkun rəhbərlik etdiyi heyət Kobanidə YPG, DSG və Kobani kantonu rəsmiləri ilə görüşüb. Görüş Ağ Evdə Trampla Ərdoğanın bir araya gəldiyi vaxt baş tutub.
Görüşün fotoları kürdlərə məxsus internet saytlarında yayılıb. Fotolardan McGurkun yanında Türkiyənin başına 4 milyon lirə qoyduğu və qırmızı siyahı ilə axtardığı PKK terrorçusu "Şahin Cilo" kod adlı Abdi Fərhad Şahinin də oturduğu görünür. Görüşlərin bu gün də davam edəcəyi bildirilir. YPG-nin silahlandırılması və İŞİD-ə qarşı mübarizə müzakirə olunan əsas məsələlərdəndir.
OXŞAR XƏBƏRLƏR
17:40
785
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
823
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1582
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1138
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1095
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
619