Özcan Dəniz azərbaycanlılardan üzr istədi
Türkiyəli müğənni Özcan Dəniz azərbaycanlılardan üzr istəyib.
APA TV-nin məlumatına görə, müğənni “İnstagram”da bir video paylaşıb.
Qrim olunarkən çəkilən videoda Özcan Denizin oxuduğu mahnı isə azərbaycanlı izləyicilərin qəzəbinə səbəb olub. Onlar ifaçıya erməni mahnısı oxuduğu üçün etiraz ediblər. Məhz bundan sonra ifaçı videonu silib və tamaşaçılardan üzr istəyib:
“Radioda təsadüfən qarşımıza çıxan mahnının ritmi ilə komanda ilə birgə əyləndik. Hansı dildə olduğuna fikir vermədik. Ard-arda gələn mesajlardan sonra erməni mahnısı olduğunu bildik. Həssaslığınızı bildiyim üçün videonu sildim. Mədəniyyətdə düşmən anlayışı yoxdur. Biz yunan mahnılarını da paylaşırıq. Ölkəmdə erməni vətəndaşlar çoxdur. Buna görə də sizin kimi düşünə bilmərəm və düşünmərəm də”.
Müğənni “siyasətçi deyiləm, siyasətə qarışan ifaçı da deyiləm. Azərbaycanlıları haqlı qəzəbə görə anlayır və buna həssaslıqla yanaşıram. Aranızda cahil insanlar var. Sizi sevirəm, acılarınızı sona qədər paylaşıram. Sizdən heç bir mənfəətim yoxdur. Amma bilin ki, Siz mənim can qardaşlarımsınız. Biz eyni millətin və torpaqların övladlarıyıq” - deyə əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi