Azərbaycan prezidenti Niderland Senatının sabiq sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.

 

APA TV-nin xəbərinə görə, Rene Van der Linden Niderland Krallığı ilə Azərbaycan arasında həyata keçirilən birgə iqtisadi fəaliyyətin Azərbaycanın dünyada təqdim olunması işinə töhfə verdiyini vurğulayıb və bunun Niderlandın yerləşdiyi regionda digər ölkələr üçün də səmərəli əməkdaşlığın bir nümunəsi ola biləcəyini deyib.

 

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək qeyd edib ki, Rene Van der Lindenin əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səyləri ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli səfərlərin önəmini qeyd edib.

 

Prezident İlham Əliyev Niderland Krallığının Azərbaycanın mühüm layihələrində daha çox şirkətinin iştirakını məmnunluqla qeyd edib. Dövlətimizin başçısı Niderland Krallığının Bakıda keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ənənəvi olaraq fəal iştirak etdiyini dedi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirib.

 

Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Linden xatirə hədiyyəsini dövlət başçısına təqdim edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR